Rohit Şetti

Rohit Şetti

Rejissor, prodüser

BİOQRAFİYA

Rohit Şetti 14 mart 1973-cü ildə Hindistanın Mumbay şəhərində (Hindistan) Bollivud kaskadyorunun ailəsində anadan olub. Hindistanlı kinorejissor və prodüserdir. Bollivudun “Çennay ekspresi” (2013), “Şən dələduzlar 4” (2017), “Aşiqlər” (2015), “Sinqam” (2011) kimi populyar filmlərinin rejissoru olub. “Çennay Ekspresi” adlı romantik-macəra filminə görə “ən yaxşı rejissor” nominasiyasında Filmfare Award mükafatına namizəd olub. Şahrux Xan və Dipika Padukonenin baş rollara çəkildiyi film 9 avqust 2013-cü ildə böyük ekranlara çıxıb və nə az, nə çox 17,4 milyon dollar kassa gəliri əldə edib. Yerli kino bazarında ən gəlirli 3-cü Bollivud filmi hesab olunur. Şetti eyni zamanda aktyorluğu sınaqdan keçirib. Sirk Komediyası adlı teleserialda hakim rolunu oynayıb. O eyni zamanda Hindistanda populyar cəsarət şousu sayılan “Fear Factor”un beşinci mövsümünün aparıcısı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1460159/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç