Devid Lokeri

Devid Lokeri

Ssenarist, prodüser

BİOQRAFİYA

Devid Lokeri amerikalı ssenarist və prodüserdir. Çikaqo şəhərində (ABŞ) anadan olub. Ball Dövlət Universiteti və Ayov Universitetinin məzunu olub. Ayova Dramaturqlar Emalatxanasının üzvüdür. İlk ssenarisini 1984-cü ildə “Yuxudan qaçış” fantastik-trillerinə yazıb. Daha çox Cosef Rubenlə əməkdaşlıq edir. Birgə şəkildə bir çox filmlərə o cümlədən, “Ögey ata”, “Yaxşı oğul”, “Osmanlı Leytenantı”na ssenari yazıblar. Ssenaristi olduğu son filmlərdən olan “Yad adam” (İntruder) filmində Dennis Queyd, Meqan Qud və Maykl İlay kimi aktyorlar çəkilib. Eyni zamanda 90-cı illərin məşhur döyüş filmlərindən sayılan “57 nömrəli sərnişin”in ssenaristlərindən biridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Loughery

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç