Drü Qoddard

Drü Qoddard

Ssenarist, prodüser

BİOQRAFİYA
Endrü (Drü) Brayon Hoqan Qoddard 26 fevral 1975-ci ildə ABŞ-ın Texas ştatının Hyüston şəhərində anadan olub. Amerikalı televiziya və kino ssenaristi, rejissoru və prodüseridir. Daha çox “Marslı Adam” (2015), “Meşədəki daxma” (2012), “Sağ qalmaq” (2005-2008), “Deyrdevil” (2015-2016) film və seriallarının hazırlanması və çəkilişində oynadığı rola görə (ssenarist, rejissor və ya prodüser) tanınır. “Monstro” və “Sağ qalmaq” serialının müxtəlif epizodlarına yazdığı ssenaridən sonra məşhurlaşan Qoddard, 2012-ci ildə “Meşədəki daxma” qorxu – trilleri ilə rejissor debütünü həyata keçirir. Qoddardın uşaqlığı Los Alamos şəhərində keçib. Atası həkim, anası məktəb müəlliməsi olub. 2015-ci ildə Endi Uirin “Marslı Adam” romanını adaptasiya edərək eyniadlı filmə ssenari yazır. Filmdə baş rola Mett Deymon çəkilib. Əvvəl filmə özü rejissorluq etməyi planlaşdırsada, qrafikinin gərgin olması ilə əlaqədar, layihədən çıxmalı olub. Onun əvəzinə Ridli Skot rejissor kürsüsünə əyləşib. Qoddard isə həmin filmin böyük uğurundan sonra ən yaxşı adaptasiya olunmuş ssenari kateqoriyasında “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Drew_Goddard
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç