Franka Potente

Franka Potente

Aktrisa, ssenarist

BİOQRAFİYA

Franka Potente 22 iyul 1974-cü ildə Almaniyanın Dülmen şəhərində doğulub. Almaniyalı kinoaktrisadır. Rejissor Tom Tıkverin “Qaç, Lola, qaç!” filmində oynadığı baş rolla məşhurlaşıb. Bundan sonra bir neçə Avropa və Hollivud filmlərinə çəkilib. “Bornun müəyyən edilməsi” və “Bornun üstünlüyü” filmlərində baş qəhrəmanın sevgilisi rolunu oynayıb. Hazırda Berlində yaşayır. Franka Potente ailənin böyük uşağıdır. Atası müəllim, anası tibb işçisi olub. İtaliyan əsilli soyad ona 19-cu əsrdə Almaniyaya köçən ulu babasından qalıb. Potente eyni zamanda “Doktor Haus” serialının altıncı mövsümünün ilk iki epizodunda rol alıb. Çəkilişlər zamanı aktyor Derek Riçardsonla yaxından tanış olub. 2012-ci ilin ortalarında onlar ailə qurub. Cütlüyün 2011 və 2013-cü il təvəllüdlü iki oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%82%D0%B5%D0%BD%D1%82%D0%B5,_%D0%A4%D1%80%D0%B0%D0%BD%D0%BA%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç