Qeyl Forman

Qeyl Forman

Yazıçı, ssenarist

BİOQRAFİYA

Qeyl Forman 5 iyun 1970-ci ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Amerikalı yazıçı, ssenarist və publisistdir. Əksər məqalələri “Seventeen” jurnalında dərc olunub. Məqalələri başlıca olaraq gənclərə və sosial problemlərə aiddir. Daha sonralar “Details”, “Jane”, “Glamour”, “The Nation”, “Elle”, “Cosmopolitan” kimi qəzet və jurnallarla əməkdaşlıq edib. 2002-ci ildə həyat yoldaşı Niklə dünya səyahətinə çıxıb. Gəzib gördükləri əsasında 2005-ci ildə ilk kitabı “Burdan ora keçə bilməzsən: Darlaşan dünyanın kənarında bir il”çap olunub. 2007-ci ildə Forman ilk yeniyetmə romanı olan “Şüur bacıları” adlı əsərini dərc etdirir. 2009-cu ildə isə ağır avtomobil qəzasına düşmüş 17 yaşlı musiqiçi qızdan bəhs edən “Əgər sağ qalsam” romanı işıq üzü görüb. Əsərin baş qəhrəmanı ailəsi ilə birgə düşdüyü yol qəzasında ağır xəsarət alır və komaya düşür. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edir. Komatoz vəziyyətdə olmasına baxmayaraq, ruhu çətin seçim qarşısında qalıb. Bu dünyada həyatı davam etdirsin yoxsa dəhşətli qəzada həlak olmuş valideynlərinə qoşulsun. Kitab yazıçıya böyük uğur qazandırır, bir neçə nüfuzlu mükafata layiq görülür. 2014-cü ildə rejissor R.C. Katler həmin romanın motivləri əsasında eyniadlı filmi lentə alıb. 2011-ci ildə Formanın sözügedən romanının sikveli “O hara getdi?” adlı kitabı nəşr olunur. Romanda hekayə Adam adlı şəxsin adından danışılır və onunla Mia arasındakı münasibətlərdən bəhs edir. 2013-cü ildə Forman “Yalnız bir gün” adlı romanını nəşr edib. Roman Avropa səyahətinin son günündə danimarkalı avara aktyor Uillyemə rast gələn Ellison Hili haqqındadır. Ellison birdən birə onunla Parisə yollanmağa qərar verir və onlar bir günü birlikdə keçirirlər. 2013-cü ilin oktyabrında bu romanın davamı “Yalnız bir il” adlı kitabı işıq üzü görüb. Yazıçının böyüklər üçün ilk romanı 2016-cı ildə dərc olunub (“Məndən əl çəkin”). Forman Nyu-Yorkun Bruklin rayonunda əri və iki qızı ilə yaşayır. Qızlarından birini övladlığa götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Gayle_Forman

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç