Mişel Yeo

Mişel Yeo

Aktrisa

BİOQRAFİYA

Mişel Yeo – Malayziyalı çin əsilli aktrisa və rəqqasədir. People jurnalının (1997-ci il nəşri) versiyasına görə dünyanın ən gözəl 50 insanından biridir. Mişel Yeo 6 avqust 1962-ci ildə Malaziyanın Perak ştatının İpoh şəhərində doğulub. Atası vəkil, anası evdar qadın olub. Uşaqlığında idmanla məşğul olub, rəqs dərslərinə gedib. 4 yaşından baletlə məşğul olub. 1983-cü ildə “Miss Malayziya” gözəllik müsabiqəsinin qalibi olub. Elə həmin il ölkəsini Londonda keçirilən “Dünya gözəli” konkursunda təmsil edib. Aktrisa karyerası Çarlz Cordan üçün bir neçə reklam çarxında çəkilməklə başlayıb (“ekşn” janrının qəhrəmanları Ceki Çan və Çou Yunfatla birgə). Ardınca 1984-cü ildə ona “Bayquş və Bambo” filmində iştirak etmək üçün müqavilə təklif olunub. 1988-ci ildə maqnat Dikson Punla evləndikdən sonra peşəkar aktrisa olaraq fəaliyyətini dayandırıb. Ancaq 3 ildən sonra cütlüyün münasibətlərində problemlər yaranıb və onlar boşanmağı qərara alıblar. 1992-ci ildə Yeo yenidən çəkiliş meydanlarına qayıdıb. Qayıdışdan sonra çəkildiyi ilk film “Polis hekayəsi 3” filmi olub. Yeonun 90-cı illərin əvvəllərində çəkildiyi bədii filmlər arasında ekşn və döyüş filmləri üstünlük təşkil edir. 1997-ci ildə Bondiana franşizasının “Sabah heç vaxt ölməyəcək” adlı növbəti filmində baş rola (Yuan Hepin) çəkilib. 2000-ci ildə Enq Linin çoxsaylı mükafatlara layiq görülmüş “Xəlvəti yaxınlaşan pələng, gizlənən əjdaha” filmində rol alıb. Filmin böyük uğurundan sonra ona “Matrisa”nın ikinci və üçüncü hissələrində Serafim rolu təklif olunub. Qrafiki gərgin olduğundan təklifi qəbul etməyib. Nəticədə ssenaristlər Serafim obrazını kişi personajı ilə dəyişib və həmin rola Kollin Çou çəkilib. 2002-ci ildə şəxsi “Mythical Films” kinoşirkətinin sponsorluğu ilə ilk ingilis dilli lentinə “Toxunuş” filminə çəkilir. 2005-ci ildə “Geyşanın memuarları” romanın ekranizasiyasında Mamexa adlı baş geyşa obrazını oynayıb. 2007-ci ildə növbəti ingilisdilli filmində rol alıb. Bu dəfə dünyanı apokalipsisdən xilas etməyə çalışan cəsur kosmonavtların hekayəsini danışan “Gün işığı” filminə çəkilir. 2008-ci ildə “Mumiya: Əjdahalar imperatorunun qəbiri” filmində cadugər Zı Yuan rolunu oynayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%99%D0%B5%D0%BE,_%D0%9C%D0%B8%D1%88%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç