Robin Svaykord

Robin Svaykord

Ssenarist, rejissor

BİOQRAFİYA

Robin Svaykord 1952-ci ildə ABŞ-ın Cənubi Karolina ştatında doğulub. Amerikalı ssenarist və rejissordur. “Geyşanın memuarları”, “Kiçik qadınlar”, “Praktiki sehr”, “Matilda”, “Perezlər ailəsi” kimi məşhur filmlərin ssenari müəllifidir. 2009-cu ildə Svaykordun Erik Rotla birgə yazdığı “Bencamin Battonun sirli hekayəsi” adlı filmə yazdığı ssenari “Oskar” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Rejissor debütünü 1993-cü ildə “Qırmızı palto” adlı qısametrajlı filmlə edib (ssenarisini də özü yazıb). 2007-ci ildə Svaykord yazıçı Karen Coy Faulerin eyniadlı bestselleri əsasında “Ceyn Ostinə görə həyat” adlı filmi çəkib. 1983-cü ildən bəri həmkarı Nikolas Kazanla evlidir. Onların birgə nikahdan iki qızları var (1986 və 1983-cü il təvəllüdlü).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robin_Swicord

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç