Set Roqen

Set Roqen

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Set Aaron Roqen 15 aprel 1982-ci ildə Kanadanın Vankuver şəhərində anadan olub. Uşaqlığı doğma şəhərində keçib. Anası sosial işçi, atası “Workmen’s Circle” yəhudi ictimai təşkilatının direktor müavinidir. Əslən yəhudidir. İbtidai təhsilini Talmud Tora mühafizəkar yəhudi məktəbində alıb. Daha sonra Point Grey orta məktəbində oxuyub. Məktəbi bitirməmiş, “Axmaqlar və Gicbəsərlər” teleserialına çəkilib. 13 yaşında kinoda aktyor debütünü edib. Rol aldığı ilk filmlər gənc auditoriya üçün nəzərdə tutulmuş komediyalar olub. Daha sonra “Qeyri-müəyyən” adlı serialla çəkilir və çəkilişlər zamanı hətta bir neçə epizoda ssenari də yazır. 2001-ci ildə “Donni Darko” və “Dousen buxtası” filmlərində epizodik rollara dəvət olunub. 2008-ci ildə “Çox nadinc uşaqlar" (Superbad) filminə yazdığı ssenariyə görə bir sıra mükafatlara layiq görülüb. “Şrek 3”, “Horton”, “Kunq-Fu Panda” cizgi filmlərinin yaradılmasında həm animator, həm də səs aktyoru qismində iştirak edib. Bundan başqa “Biraz hamilə”, “Çox nadinc uşaqlar”, “Spaydervik: xronikalar”, “Pis Qonşular”, “Ananas ekspresi”, “Zak və Miri porno çəkir”, “Fanatlar” kimi komediyalara çəkilib. 2011-ci ildə “Yaşıl arı” adlı superqəhrəman komediya döyüş filmində Britt Rid rolunu oynayır. Filmin yaradılmasında bundan başqa ikinci ssenarist qismində çıxış edib. 2005-ci ildə “Ali Ci Şousu”nun son mövsümü üçün yazdığı ssenariyə görə “Emmi” mükafatına namizəd olub. 2006-cı ildə “40 yaşlı bakir” filminə görə MTV Movie Awards mükafatının nominantlarından olub. 2 oktyabr 2011-ci ildə yeddi il ərzində görüşdüyü Loren Millerlə ailə qurub. Cütlük Los-Ancelesdə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Seth_Rogen#Personal_life

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç