Nik Stal

Nik Stal

Aktyor

BİOQRAFİYA

Nikolas Kent Stal 5 dekabr 1979-cu ildə ABŞ-ın Texas ştatında doğulub. Amerikalı aktyorun böyük kinoda debütü 1993-cü ildə Mel Gibsonun çəkdiyi “Üzsüz adam” filmində baş tutub. Daha sonra “Sadist”, “Günahlar şəhəri” filmlərinə çəkilib. Ən yadda qalan filmi “Terminator 3” fantastik trilleri sayılır. Həmin filmdə robotların əzəli düşməni sayılan və “Qiyamət gününün” qarşısını almağa çalışan Con Konor rolunu oynayır. 15 iyun 2009-cu ildə aktrisa Rouz Mörfi ilə evlənib. 2012-ci ildə boşanan cütlüyün birgə nikahdan bir qızları var. 2012-ci ildə mayın 10-da Nik Stal yoxa çıxıb. Nigaran qalan keçmiş həyat yoldaşı polisə müraciət edərək onu axtarışa verib. Bir həftədən sonra onun olduğu yer məlum olub. Sən demə aktyor narkotik vasitə aludəçiliyindən qurtulmaq üçün könüllü olaraq reabilitasiya mərkəzinə yazılıb və zərərli maddələrin qəbulunu birdəfəlik tərgitmək üçün özünü cəmiyyətdən müvəqqəti təcrid etməli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B0%D0%BB,_%D0%9D%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç