Conatan Mostou

Conatan Mostou

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Conatan Mostou 28 noyabr 1961-ci ildə ABŞ-ın Vudbric şəhərində anadan olub. Amerikalı kinorejissor, ssenarist və prodüserdir. Konnektikut ştatının Hopkins ali məktəbinin və Harvardın məzunudur. Mostou həmçinin "American Repertory Company" və Li Strasberq adına Kino və Teatr İnstitutunda təhsil alıb.Tammetralı filmdə rejissor debütü edənə qədər, bir neçə qısametrajlı film və videoklip çəkib. “Beverli Hillzdən olan meyit oğruları” adlı ilk filmi 1989-cu ildə ekranlara çıxıb. Daha sonra 1991-ci ildə Showtime telekanalı üçün qırıcı pilotlarına təlimat keçən hava qüvvələri polkovniki haqqında “Qara mələyin uçuşu” filmini çəkib. Kəskin janrda ilk kino işi 1997-ci ildə böyük ekranlara çıxmış “Qəza filmi” sayılır. Kurt Rasselin baş rola çəkildiyi film, həyat yoldaşı səhranın ortasında yük maşını sürücüsü tərəfindən oğurlanmış çarəsiz ərin hekayəsini danışır. Film kassa uğuru və tənqidçilərin müsbət rəyini qazanıb. Bu müvəffəqiyyətdən sonra Hel Libermanla tərəfdaşlığa gedərək, “Universal” studiyası ilə dörd illik müqavilə bağlayır. Maykl Duqlasın baş rola çəkildiyi “Oyun” blokbasterinin layihəsi üzərində bir neçə il çalışsa da, onun əvəzinə Devid Finçeri rejissor kreslosuna əyləşdirirlər. Mostouya yalnız icraçı prodüser vəzifəsi qismət olur. Maykl Duqlasla bir daha 2000-ci ildə ekranlara çıxan “U-571” hərbi filminin pavilyonunda bir araya gəlsələr də, Duqlas sonradan qrafikinin gərgin olması səbəbindən layihəni tərk edib. Buna baxmayaraq Mostou ikinci dünya müharibəsi dövrünün sualtı-qayığından bəhs edən filmə Harvi Keytel, Bill Pekston, Metyü Makkonaxikimi aktyorları, hətta məşhur müğənni Con Bon Covini də cəlb edə bilir. Film tamaşaçıların rəğbətini qazanıb və yüksək gəlir götürüb. 2003-cü ildə Mostou “Terminator 3” filmini lentə alır. “Maşınların qiyamı” adlı epizod franşizanın ilk iki seriyası qədər kassa uğuru qazana bilməyib. Altı illik fasilədən sonra Mostou yenidən rejissor “sükanına” əyləşir və komikslər əsasında çəkilmiş “Surroqatlar” filmini lentə alır. Brüs Uillisin baş rola çəkildiyi film 2009-cu ildə böyük ekranlara çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jonathan_Mostow

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç