Dominik MakElliqot

Dominik MakElliqot

Aktrisa

BİOQRAFİYA

Dominik MakElliqot 5 mart 1986-cı ildə İrlandiyanın Dublin şəhərində anadan olub. İrlandiyalı kino və televiziya aktrisasıdır. Polis və müəllimənin çoxövladlı ailəsində böyüyüb (altı uşaqdan dördüncüsü olub). Karyerasına 15 il əvvəl başlayıb. Məktəb müəllimi Dominiki İrlandiya televiziyasında dinləmələrə göndərir, öz aktrisalıq istedadını ortaya qoyan Dominik kastiqndən keçir və “Doğma vətəndə” (2001) adlı serialda Kora Kollins rolunu qazanır. İrlandiya kollecində ingilis dili, incəsənət tarixi və psixologiya üzrə təhsil alıb. İlk dəfə ekranlara 2001-ci ildə çıxıb. 2005-ci ildən müstəqil bədii filmlərə çəkilməyə başlayıb. Onlarla televiziya və kino layihəsində iştirak edib. Daha çox “Kart ev”, “Dördçarxlı cəhənnəm” (2011-2012) serialları, “Bir dəfə İrlandiyada” (2011), “Ay” (2009) bədii filmlərində oynadığı rolları ilə yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Dominique_McElligott

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç