Ariadna Xil

Ariadna Xil

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Ariadna Xil Xiner 23 yanvar 1969-cu ildə Barselonada (İspaniya) anadan olub. 1992-ci ildə ekranlara çıxan “Möhtəşəm epoxa” filmində oynadığı rola görə ən yaxşı aktrisa kateqoriyası üzrə “Qoya” mükafatı laureatıdır. Xil tanınmış ispan vəkilinin qızıdır. Uşaqlıqda müğənnilik, rəqs və skripka ifası ilə məşğul olub. İki qardaşı ilə birgə "Matamala" adlı qrupda çıxış edib. Rejissor Biqas Lunanın nəzər nöqtəsinə düşənə qədər kataloniya televiziyasında və teatrında çalışıb. Rejissor Ariadnanı “Lola” (1986) filminin çəkilişinə dəvət edir. Xilə dünya şöhrəti gətirən film Fernando Truebanın “Möhtəşəm epoxa” adlı filmi sayılır. Sözügedən lent xarici dildə olan ən yaxşı film kateqoriyasında “Oskar” mükafatına layiq görülüb. Həmin filmin uğurundan sonra Xil ispan kinematoqrafiyasının ən tələb olunan aktrisalarından birinə çevrilir. Onlarla bədii və televiziya layihələrinin çəkilişlərində iştirak edir. Xil rejissor Fernando Truebanın qardaşı David Trueba ilə ailəli olub. 1997-ci ildə onların birgə nikahdan Violeta Rodriqes adlı övladları doğulub. Violetta anasının yolu ilə gedərək, 2007-ci ildə “Ulduzların altında” adlı filmə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ariadna_Gil

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç