Anxel Qrasia

Anxel Qrasia

Rejissor, operator

BİOQRAFİYA

Anxel Qrasia (Karakas) Venesuela əsilli amerikalı kinorejissor və operatordur. 2010-cu ildə “Ağıl və Hisslər” romantik komediyası ilə rejissor debütünü edib. Birdən-birə müflisləşən ərköyün milyonçu bacılardan bəhs edən lent rejissora böyük uğur qazandırıb. Film 2011-ci ildə 2 “Alma Awards” və 2 “Imagen Awards” mükafatını qazanıb. Uşaqlığı doğma vətəni Venesuelada keçib, gənc yaşlarında karyerasını qurmaq üçün ABŞ-ın Mayami şəhərinə köçüb. Orada Florida Beynəlxalq Universitetinə qəbul olunaraq kino və televiziya sahəsi üzrə ali təhsil alıb. Tələbəlik illərində çəkdiyi “Üçbucaq şlyapa” adlı eksperimental qısametrajlı filmi ona “Student Academy Awards” mükafatını qazandırıb. Böyük kinoya operatorluqla ayaq basıb. Həmçinin tele-kino layihələrdən savayı Coca-Cola, Mercedes, Honda, Toyota , MasterCard, Snickers, Fiat kimi tanınmış brendlərin reklam çarxlarını çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Angel_Gracia

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç