Brüs MakGil

Brüs MakGil

Aktyor

BİOQRAFİYA

Brüs Trevis MakGil 11 iyul 1950-ci ildə ABŞ-ın Texas ştatının San-Antonio şəhərində anadan olub. Anası aktrisa, atası sığorta və daşınmaz əmlak üzrə agent işləyib. Texas universitetini və Duqlas Makartur adına ali məktəbi bitirib. Bir çox filmlərdə baş rolda çəkilib. Ən məşhur rolu “Heyvərənin yaşadığı ev” adlı komediya olub. Film ona böyük uğur qazandırıb. Nyu-York aktyor agentliyində yeni imkanların açılmasını gözləyən gənc və qayğısız MakGil ardınca “Vilhelm Teplu” filminə dəvət olunur. Ardınca çoxsaylı televiziya və kino layihələrində iştirak edib. Ən əlamətdar filmləri “Vəhşi pişiklər”, “Sonuncu boyskaut”, “Mənim əmimoğlu Vinni”, “Dağa dırmanan”, “Zaman patrulu”, “Rouzvud”, “İnsayder” filmləridir. Sadalanan lentlərin çoxunda antaqonist obrazları canlandırıb. Daha çox rejissor Maykl Mannla əməkdaşlıq edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/art/cinema/actor/bruce_travis_mcgill/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç