Baltazar Kormakur

Baltazar Kormakur

Rejissor

BİOQRAFİYA

Baltazar Kormakur Samper 27 fevral 1966-cı ildə Reykyavikdə (İslandiya) anadan olub. 1995-ci ildə Milli Təsviri İncəsənət Akademiyasını bitirib. Dörd dildə sərbəst danışa bilir. 2000-ci ildə “101” filmini çəkib (rejissor, ssenarist, prodüser və aktyor qismində iştirak edib). Sözügedən film çoxsaylı mükafatlar qazanıb və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. “101 Reykyavik”, “Dəniz” və “Səmada gəzinti” filmləri ilə şöhrət qazanıb. Xidməti siyahısında 34 beynəlxalq mükafat, həmçinin 27 nominasiya var. 2015-ci ildə çəkdiyi “Everest” filmi böyük kassa uğuru əldə edib. 2018-ci ildə isə real hadisələr əsasında çəkdiyi “Dənizdə azmışlar" (Adrift) filmi böyük ekranlara çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Baltasar_Korm%C3%A1k...

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç