Edmund H. Nort

Edmund H. Nort

Ssenarist, aktyor

BİOQRAFİYA

Edmund Holl Nort 12 mart 1911-ci ildə ABŞ-da anadan olub.1970-ci ildə Frensi Koppolanın “Patton” filminə yazdığı ssenariyə görə, ən yaxşı ssenari kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb. Klassik elmi-fantastik filmlərdən sayılan 1951-ci ilin “Yerin dayandığı gün” filminə ssenari yazıb. Filmdə səslənən məşhur “Klaatu barada nikto” şüarının müəllifidir. 2008-сi ildə baş rolda Kianu Rivzin iştirakı ilə həmin filmin eyniadlı remeyki ekranlara çıxıb. Sənətçi ailəsində anadan olub. İndiana ştatının Kulver Hərbi Akademiyasında oxuyub, daha sonra Stenford Universitetində ali təhsil alıb. Tələbəlik illərində teatr tamaşaları üçün pyeslər yazıb. 2-ci Dünya Müharibəsi dövründə mayor rütbəsində olub, hərbi təlim-tədris filmləri hazırlayıb. Nort Amerika yazıçılar gildiyasının ssenari bölməsinin prezidenti olub. Evli olub, 2 qız övladı var. 1990-cı ildə 79 yaşında Los-Ancelesdə dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Edmund_H._North

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç