Con Hilkout

Con Hilkout

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Con Hilkout - avstraliyalı kinorejissor və ssenaristdir. Karyerası ərzində Nik Keyvə və “Depeche Mode” qrupu ilə müntəzəm olaraq əməkdaşlıq edib. “Maroon 5” qrupunun mahnısı üçün klip çəkib. Ona kinoda, Kormak MakKartinin məşhur eyniadlı romanı əsasında çəkdiyi “Yol” posapokaliptik bədii filmi dünya şöhrəti qazandırıb. Həmin filmə görə 66-cı Venesiya kinofestivalında “Qızıl Şir” mükafatına namizəd olub. Daha çox: “Yol” (2009), “Təklif” (2005), “Vətəndaş müharibəsinin kabusları” (1988), “Dünyanın ən əyyaş diyarı” (2012) filmləri ilə tanınır. Eyni zamanda süni intellektin təhlükələrindən bəhs edən populyar “Qara Güzgü” serialının Timsah adlı epizodunu lentə alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0384825/

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç