Yevgeni Mironov

Yevgeni Mironov

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Yevgeni Mironov 29 noyabr 1966-cı ildə Saratov şəhərində (Rusiya) anadan olub. Valideynləri ilə birgə Tatişevo-5 qəsəbəsində yaşayıb. Uşaqlıq illərindən bəri aktyor olmağı arzulayıb. Məktəbdə oxuyarkən dram dərnəyinə üzv olub. Paralel olaraq musiqi məktəbində akkordeon sinifində oxuyub. Yeniyetməlik illərində bacısı Oksana ilə kukla tamaşaları təşkil edib. Səkkizinci sinfi bitirdikdən sonra Mironov Saratov Teatr Peşə Məktəbinə daxil olub. 1986-cı ildə peşə məktəbini müvəffəqiyyətlə bitirib. Kinoya gəlişinə qədər müxtəlif teatr tamaşalarında səhnəyə çıxıb. Böyük kinoda debütü 1988-ci ildə Aleksandr Kaydanovskinin “Ağ neft satan kişinin arvadı” filmində baş tutur. Daha sonra bir neçə fərqli filmlərə çəkilir. Rejissor Valeriya Todorovskinin “Məhəbbət” adlı filmində aldığı baş rol ona şöhrət qazandırır. Həmin rola görə aktyor bir sıra kinematoqrafiya mükafatlarına layiq görülür, 1992-ci ilin "Ən yaxşı aktyor"u seçilib. Son illər “Birincilər zamanı” (2017), “Dostoyevksi” (2011) filmlərində adlığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Yevgeny_Mironov_(actor)

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç