Teo Ceyms

Teo Ceyms

Aktyor

BİOQRAFİYA

Teo Ceyms 16 dekabr 1984-cü ildə Filip Taptiklis və Ceyn Martın ailəsində, Oksford şəhərində (İngiltərə) anadan olub. Onun ata babası yunandır, ana tərəfi isə şotland və ingilis əsillidir. Teo ailənin sonbeşiyidir. Fəlsəfə üzrə Notinqem universitetindən məzun olub. Aktyor sənətinin incəliklərinə Bristol şəhərinin Old Vik teatr məktəbində yiyələnib. 2010-cu ildə “Ehtiraslı qadın” serialında televiziya debütünü etdikdən sonra, elə həmin il böyük kinoda ilk rolunu alır və Vudi Allenin “Sən sirli yad insana rast gələcəksən” filminə çəkilir. 2011-ci ildə Britaniyanın məşhur teleseriallarından olan “Bedlam”a dəvət alır və “Başqa dünya: Oyanış” filmində vampir Devid personajını oynayır. 2012-ci ildə “Yuxarı otaq” filmində görüntülənib. 2014-cü ildə ekranlara çıxmış “Divergent” filmində Tobias İton rolunu oynayıb. Sonradan franşizanın digər filmlərinə də çəkilir. 2016-cı ildə “Cəhənnəm: Qan savaşları” filmində vampir Devid rolunu davam etdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81,_%D0%A2%D0%B5%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç