Mariya Bello

Mariya Bello

Aktrisa, prodüser

BİOQRAFİYA

Mariya Bello 18 aprel 1967-ci ildə Norristaun şəhərində (ABŞ) anadan olub. Atası Co Bello italiyalı podratçı olub. Anası əslən polşalıdır və tibb bacısı işləyib. Katolik orta məktəbi bitirdikdən sonra Mariya Bello təhsilini Villanova universitetində (Filadelfiya) davam etdirib. Hüquqşünas olmağa çalışan Mariya, politologiya ixtisası üzrə təhsil alıb. Yuxarı kurslarda oxuyan zaman aktyor sənəti kurslarına yazılıb. Universiteti bitirdikdən sonra Nyu-Yorka köçüb. Orada teatr məktəbinə qəbul olunub, bir müddət kiçik büdcəli “qeyri-brodvey” tamaşalarında çıxış edib. Teatrdakı çıxışları ona çox az pul qazandırdığından, bir neçə yerdə işləməli olub. 1995-ci ildə Mariya Los-Ancelesə köçür. 1996-cı ildə aktrisa “Mister və Missis Smit” serialının çəkilişləri üçün kastinqdən keçir. Aşağı reytinqli olduğuna görə serial doqquzuncu həftədə efirdən çıxarılır. Buna baxmayaraq Mariya Bello “Təcili tibbi yardım” adlı populyar serialda (qonaq personaj) həkim-pediatr Anna Amiko roluna dəvət alır. Prodüserlər Mariyanın oyunundan razı qalır və onu serialda ştata götürürlər. Kinoda ən çox “Zorakılığın tarixi” (2005), “İyrənc kayot barı” (2000), “Tormoz”(2003), “Əsirlər” (2013) filmləri ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0004742/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç