Mettyu Lillard

Mettyu Lillard

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Mettyu Lillard 24 yanvar 1970-ci ildə Lansinq şəhərində (Miçiqan, ABŞ) anadan olub. Amerikalı aktyor və prodüser daha çox “Qışqırıq”, “Hakerlər”, “Solt-Leyk Sitidən olan gədə”, “13 kabus”, “Skubi-Du” filmlərində aldığı rollara görə tanınır. Lillard Kaliforniyada böyüyüb. Amerika dramatik sənət akademiyası “Circle in the Square” məktəbinin məzunudur. Aktyora dünya şöhrəti qazandıran rol 2002-ci ildə “Skubi-Du” multiplikasiya franşizasının kino adaptasiyasında aldığı “Şeqqi” roludur. İki ildən sonra filmin sikvelinə (“Skubi-Du 2: Bədheybətlər azadlıqda”) çəkilib. Lillard eyni zamanda “Skubi-Du! Abrakadabra-Du” cizgi filmində, bu silsilədən olan cizgi serialları və video oyunlarında “Şeqqi”ni səsləndirib. 2012-ci ildə Lillard rejissor kimi “Dünyanı idarə edən gombul oğlan” komediya filmi ilə debüt edib. 2017-ci ildə ən reytinqli seriallardan sayılan “Tvin Piks”in üçüncü mövsümündə bir neçə epizodda məktəb direktoru Uilyam Qastinqs rolunda çəkilib. 2000-ci ildə Hizer Helmlə ailə qurub. Cültüyün birgə nikahdan üç övladı var. 2005-ci ilin oktyabrında Lillard Hollivudun “Magic” qəsrində yerləşən “Kvest” klubunun üzvlərinə qarşı “Dungeons&Dragons" turnirində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Lillard

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç