Çjan Zıyi

Çjan Zıyi

Aktrisa, prodüser

BİOQRAFİYA

Çjan Zıyi 9 fevral 1979-cu ildə Pekində (Çin) anadan olub. Rejissor Çjan İmounun “Evə qayıdış” (1999) filmində ifa etdiyi baş rolla dünya şöhrəti qazanıb. Hazırda müasir Çin kinematoqrafiyasının ən tələb olunan dörd aktrisasından biridir. “Time” jurnalı Zıyini “Çinin Hollivuda hədiyyəsi” kimi qələmə verib, “People” jurnalı isə onu iki dəfə planetin ən gözəl əlli insanının siyahısına daxil edib. Yaradıcılıq karyerası ərzində Çjan Zıyini çoxsaylı qalmaqallar əhatə edib. Onlardan biri yüksək siyasi elitaya seksual xidmətlərin göstərilməsi ilə əlaqədar olub. Ancaq sonradan bu iddialar təsdiqini tapmayıb. Zıyi Pekində mühasib və bağça tərbiyəçisinin ailəsində anadan olub. 11 yaşında Pekin Rəqs Akademiyasına yazılıb. 15 yaşında artıq yeniyetmələr arasında rəqs üzrə milli çempion olur. 16 yaşında Çinin Mərkəzi Dram Akademiyasına daxil olub. Daha sonra 19 yaşında Çjan İmounun “Evə qayıdış” (1999) filmində rola alır. Həmin rola görə 2000-ci ildə Berlin kinofestivalında “Gümüş ayı” mükafatı ilə təltif olunub. 2000-ci ildə “Wo hu cang long” filmindən sonra dünya miqyasında ən çox tanınan Çin aktrisalarından birinə çevrilir. ABŞ kinosunda debütü “Pik saatı 2” filmi ilə olub. Zıyi ingilis dilində danışa bilmədiyindən Ceki Çan çəkiliş ərzində tərcüməçi rolunu oynayıb. Sonradan ingilis dilinə yiyələnməyi qarşıya məqsəd qoyan aktrisa gündə beş saat dillə məşğul olmağa başlayıb. 59-cu Kan kinofestivalında əsas konkursun münsiflər heyətinin üzvü olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Zhang_Ziyi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç