Ellison Uilyams

Ellison Uilyams

Aktrisa, ssenarist

BİOQRAFİYA

Ellison Uilyams 13 aprel 1988-ci ildə Konnektikutda (ABŞ) aparıcı Brayan Uilyams və prodüser Ceyn Stoddardın ailəsində dünyaya göz açıb. 2010-cu ildə Yels Universitetini bitirib və həmin ilin sonunda “Qızlar” serialında Lina Danem roluna çəkilib. Universitetdə oxuduğu 4 il ərzində “Just Add Water” improvizasiya teatrında çıxış edib və YouTube açıq videohostinq portalında yayımlanan “Kollec müzıklı” serialında iştirak edib. “Qızlar” serialında oynadığı rola görə tənqidçilərin rəğbətini qazanıb, ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyası üzrə “Emmi” mükafatının əsas namizədlərindən olub. Ona şöhrət qazandıran əsas rolu “Rədd ol!” trillerində oynadığı antaqonistdir. 2015-ci ildə biznesmen Rikki Van Vinlə evlənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Allison_Williams_(actress)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç