Ceyms Deşner

Ceyms Deşner

Ssenarist, prodüser

BİOQRAFİYA

Ceyms Deşner 1972-ci ildə ABŞ-ın Corciya ştatının Ostil şəhərində dünyaya gəlib. Ailənin yeddinci övladı olub. Hələ uşaqlıq illərindən yazıçı olmağı arzulayırdı. İlk yazılarını evdə valideynlərinin köhnə çap maşını ilə yazmağa çalışıb. Ancaq yazı işi hobbidən o yana keçməyib. Məktəbi bitirdikdən sonra Yuta Universitetinə daxil olur və bir neçə il sonra mühasibat uçotu ixtisası üzrə magistr dərəcəsi alır. Yazıçı karyerasına qədəm qoymazdan əvvəl, maliyyə sahəsində çalışıb. Ancaq sonda uşaqlıq arzusu gerçəkləşib. 2003-cü ildən etibarən uşaqlar və yeniyetmələr üçün mütəmadi olaraq müxtəlif romanlar və hekayələr yazmağa başlayıb. Ən məşhur romanı – “Labirintdə qaçış” adlı kitabıdır. Bu silsilədən yazdığı kitablar yeniyetmələrdən çox gənc auditoriya üçün nəzərdə tutulub. Sonradan onun bu silsilədən olan romanları əsasında Hollivudda eyni adlı film ekranlaşdırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D1%88%D0%BD%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç