Kolin Trevorrou

Kolin Trevorrou

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Kolin Trevorrou 13 sentyabr 1976-cı ildə San-Fransisko şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Daha çox “Yur dövrü” və “Təhlükəsizliyə zəmanət verilmir” kimi filmlərinin rejissoru, ssenaristi və prodüseri kimi tanınır. 2013-cü ildə ən yaxşı debüt filmə görə “Azad ruh” mükafatına namizəd olub. 2002-ci ildə “Ev bazası” adlı qısametrajlı filmdə eyni vaxtda rejissor, prodüser və ssenarist kimi çıxış edib. 2004-cü ildə də “Realiti Şou” adlı filmin çəkilişində 3 funksiyanı yerinə yetirib. 2005-ci ildə Kolin “Böhranla üzləşmiş Qari” teleşousu üzərində çalışıb. 2012-ci ildə “Təhlükəsizliyə zəmanət verilmir” filminə rejissorluq və prodüserlik edib. Həmin işə görə, o “Sandens” və “Sices” kinofestivallarının mükafatına namizəd olub. 2015-ci ildə böyük ekranlara, ona dünya şöhrəti qazandırmış “Yur dövrü” filmi çıxıb. 2015-ci ilin avqustunda Trevorrou “Ulduz müharibələri” saqasının 9-cu epizodunun rejissoru kimi işə götürülsə də, "Walt Disney Pictures" və "Lucasfilm" studiyası sonradan onunla müqaviləyə xitam verildiyini elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Colin_Trevorrow
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç