Bukem Vudbayn

Bukem Vudbayn

Аktyor, prodüser

BİOQRAFİYA

Bukem Vudbayn 13 aprel 1973-cü ildə Nyu-York ştatının Harlem şəhərində (ABŞ) anadan olub. Aktrisa olan anasının, kinoya gəlişində böyük rolu olub. Prestijli Dalton orta məktəbini bitirib. “Bu” ləqəbli Bukem eyni zamanda istedadlı rok-musiqiçidir. “13 çəhrayı əjdahalar” adlı qrupu üçün mahnılar bəstələyir və ifa edir. Əlbəyaxa döyüş idman növü ustasıdır. Şaolin məbədinin 34-cü nəsil döyüşçü-rahibi olan Şifu Şi Yanminin rəhbərliyi altında Şaolin Kunq-fu ilə məşğul olub. Mahili Vudbayn adlı qadınla evlidir. “Bu” Amerika şou biznesinə 19 il əvvəl anasının dəstəyi ilə dublyor qismində daxil olub. Debüt işi əfsanəvi reper Tupak Şakurun baş rola çəkildiyi “Şirə” (1992) adlı klassik hip-hop filmi olub. Növbəti il aktyor olaraq özünü CBS telekanalında yayımlanan “Sərhədsiz məhəbbət” serialında sınayıb. “Açılmamış cinayət işi” (2018), “Milyarderlər klubu” (2018), “Hörümçək adam: Evə qayıdış” (2017), “Riddik” (2013), “Hər şeyi xatırlamalı” (2012) kimi filmlərdə aldığı rollara görə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bokeem_Woodbine

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç