Şöhrə Ağdaşlı

Şöhrə Ağdaşlı

Aktrisa

BİOQRAFİYA

Şöhrə Ağdaşlı 11 may 1952-ci ildə Tehranda (İran) anadan olub. İran əsilli amerikalı aktrisa soyadını ilk yoldaşı olan azərbaycan əsilli rəssam və sənət tənqidçisi Aydın Ağdaşlıdan götürüb. “Qum və dumandan ibarət ev” filmində canlandırdığı obraza görə 2004-cü ildə “ən yaxşı ikinci dərəcəli qadın rolu” kateqoriyası üzrə “Oskar” mükafatına namizəd olub. HBO telekanalında yayımlanan “Səddamın evi” adlı dramada oynadığı rola görə 2009-cu ildə “Emmi” mükafatına layiq görülüb. Böyük kinoda ilk rolunu 1977-ci ilin “Hesabat” filmində alıb. 1979-cu ilin İslam inqilabı ərəfəsində İrandan qaçaraq, İngiltərəyə köçüb. Təhsilini məhz Böyük Britaniyada başa vurub. Ağdaşlının ABŞ kinematoqrafiyasında debüt işi 1989-cu ilin “Astoriya otelinin qonaqları” adlı bədii film olub. Canlandırdığı obrazı ilə rejissorların diqqətini cəlb edən aktrisa mütəmadi olaraq televiziya filmləri və tamaşalarında çıxış edib. Kino karyerasında dönüş nöqtəsi 2003-cü ildə olub. “Qum və dumandan ibarət ev” filmində oynadığı rola görə kino tənqidçilərinin və kinomanların rəğbətini qazanıb. “Müstəqil ruh”, Los-Anceles kinotənqidçiləri assosasiyası, “İnternet kinotənqidçiləri cəmiyyəti” kimi mükafatların laureatıdır. Aktrisa “Emili Rouzun beş cini”, “İks adamlar: Son döyüş”, “Amerika arzusu”, “Göl sahilində ev” və “Axırıncı cəngavərlər” kimi filmlərdə rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Shohreh_Aghdashloo

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç