Daniella Alonso

Daniella Alonso

Aktrisa

BİOQRAFİYA

Daniella Alonso 22 sentyabr 1978-ci ildə Nyu-Yorkda (ABŞ) Puerto Riko və Perudan olan miqrant ailəsində dünyaya göz açıb. Doxsanıncı illərdə “Ford Models” agentliyində fotomodel işləyib. Paralel olaraq teleməkanda aktyorluq karyerasına başlayıb. Alonso daha çox televiziya layihələrində aldığı rolları ilə tanınır. “Bir ağacın zirvəsi”, “Cümə gecəsinin işıqları” kimi seriallarda ikinci dərəcəli rolları ifa edib. İki epizoddan sonra bağlanmış “Mənim nəslim” (2010) adlı serialda baş rola çəkilib. Ona daha çox şöhrət qazandıran serial NBC telekanalında yayımlanan “İnqilab” serialı olub. Onun canlandırdığı obraz birinci mövsümün sonunda qətlə yetirilir. Serialdan ayrıldıqdan sonra Daniella həmin kanalda “Gecə növbəsi” serialına dəvət alır. 2015-ci ildə “Meri Ceyn olmaq” serialında ikinci dərəcəli rollardan birini oynayıb. Böyük kinoda isə daha çox “Gombul mühafizəçi Pol Blart 2” komediya filmində canlandırdığı Divina Martinez obrazı ilə yaddaşlarda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Daniella_Alonso

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç