Kevin Ceyms

Kevin Ceyms

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Kevin Ceyms 26 aprel 1965-ci ildə Mineola şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Amerikalı aktyor, stendapçı yumorist, prodüser və ssenarist kimi tanınır. Karyerasında ona uğur qazandıran rol CBS telekanalında yayımlanan “Kvins kralı” sitkomunda canlandırdığı “Daq” obrazı olub. O, eyni zamanda “Çak və Larri: Yanğınsöndürmə toyu”, “Gombul mühafizəçi”, “Rinqdə döyüşən gombul”, “Sinif yoldaşları”, “Dilemma”, “Piksellər” kimi komediya janrında olan filmlərdə çəkilib. 2010-cu ildə “Nickelodeon Kids' Choice Awards” mükafatlandırma mərasiminin aparıcısı olub. Karyerasına müxtəlif televiziya verilişlərində və şou proqramlarında stendapçı olaraq başlayıb. Dünyanın ən yaxşı stendapçılarının yüzlüyündə 89-cu yerdə qərarlaşıb. CBS telekanalında yayımlanan seriallarda epizodik rolların öhdəsindən layiqincə gələn Kevin, sonradan məşhur “Kvins kralı” sitkomunda baş rola dəvət alır. 2006-cı ildə baş rol ifaçısı kimi “Emmi” mükafatına namizəd olub. 2001-ci ildə “Kevin James: Sweat the Small Stuff” adlı öz stendap şousunu yaradıb. Aktyor Steffiane de la Krusla evlidir. Cütlüyün dörd uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kevin_James
FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç