Ayşvariya Ray Baççan

Ayşvariya Ray Baççan

Aktrisa

BİOQRAFİYA

Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Hindistanda ticarət donanması zabiti və yazıçı ailəsində anadan olub. Uşaqlıqdan klassik musiqini və rəqsi öyrənməyə başlayıb. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlıq üzrə təhsil aldıqdan sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olub. Model təhsilini almağına baxmayaraq o, həkim olmaq istəyirdi. Lakin arzusu həyata keçmir. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edir və ciddi nəzarətdə tərbiyə alır. "Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxlayırlar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olub. "Yalançı aşiq" filminə görə ən yaxşı debüt edən aktrisa kimi mükafat alıb. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlara layiq görülüb. 2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmlərindən olan "Devdas" Kann kinofestivalında nümayiş olunur. Şahruh Xanla tərəf müqabili olduğu bu film təkcə Hindistanda deyil, bütün dünyada çox böyük uğur qazanır və Ayşvariya Rayın dünyada şöhrət qazanmasına səbəb olur. Əldə etdiyi uğurlardan sonra Ayşvariya 2003-cü ildə Kann kinofestivalının jüri üzvü seçilir. 2004-cü ilə ilk ingilisdilli filmi "Gəlin və mövhumat"da çəkildikdən sonra Hollivudun diqqətini cəlb edir. Yeganə hind ulduzudur ki, onun mumdan hazırlanmış heykəli "Madam Tüsso" muzeyini bəzəyir. Bir neçə il Salman Xanla nişanlı olan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Bir müddət aktyor Vivek Oberoyla görüşür. 2007-ci ilin aprelində isə Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanır və apreldə evlənirlər. Ayşvariya Ray dörd dildə sərbəst danışır: hind, ingilis, tamil və urdu. "Loreal", "Coca-Cola" və "DeBeers" brilyantlarının və "Longines" saatının simasıdır. Aktrisanın son çəkildiyi filmlər sırasına "Ədviyyatlar şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codha xə Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera -2" kimi filmlər daxildir. Hazırda aktrisa karyerasını davam etdirir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Ay%C5%9Fvariya_Ray

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç