Diablo Kodi

Diablo Kodi

Ssenarist, prodüser, aktrisa

BİOQRAFİYA

Diablo Kodi (əsl adı – Bruk Byuzi Hant) 1978-ci ildə Çikaqo şəhərində (ABŞ) anadan olub. Öz təxəllüsünü (diablo – ingiliscə tərcüməsi “şeytan”) həyat yoldaşı ilə Vayominq ştatına səfəri zamanı “Arkadiya” qrupunun “El Diablo” mahnısını dinləyib bəyəndikdən sonra seçib. Maraqlıdır ki, Diablo Kodi ilk əvvəl ssenarist kimi yox, məhz açıq-saçıq şəkillərini paylaşdığı “Pussy Ranch” bloqunda striptizyor kimi məşhurlaşıb. Onun tanınmasında eyni zamanda 2006-cı ildə işıq üzü görmüş “Candy Girl – A Year in The Life of an Unlikely Stripper” adlı memuarlardan ibarət kitabı böyük rol oynayıb. Böyük kinoda isə ona “Cuno” komediya filminə yazdığı ssenari uğur gətirib. 2008-ci ildə ən yaxşı orijinal ssenari nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Diablo_Cody

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç