Lin Reno

Lin Reno

Aktrisa

BİOQRAFİYA
Lin Reno 2 iyul 1928-ci ildə Fransada anadan olub. Fransız aktirası və müğənnisidir. 7 yaşındaykən həvəskarların konkursunda ifası ilə hamını valeh edir. Lin Renonun atası İkinci dünya müharibəsində iştirak edib. Onlar kənddə yaşayırdı və ictimai, sosial həyatdan kənarda qalmışdılar. Təhsili ilə nənəsi məşğul olurdu. Lin faşitlər tərəfindən qonşularının güllələnməsinə şahid olur və bu dramatik hadisədən sonra gizlicə sənədlərini Liliya konservatoriyasına verir. Konservatoriyada onu klassik musiqi bölməsinə götürürlər. Parisə getdikdən sonra Lini Beynəlxalq uğur gözləyirdi. Onu İngiltərədə filmlərdə çəkilməyə və oxumağa dəvət edirlər. O, məşhur “Mulen-Ruj”da ifa etməyə başlayır. Burada ifasından sonra amerikalıların diqqətini çəkir və o, Nyu-Yorka, Los-Ancelesə və Kanadaya dəvət olunur. Sonra Lin Reno Fransaya “Kazino de Pari” nin ulduzu olaraq qayıdır. 1994-cü ildə əri, bəstəkar LuLu Qaste vəfat edir. Aktrisa üçün böyük zərbə olur. Lin Reno Fransanın ən çox tələb olunan aktrisalarından biridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Line_Renaud

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç