Kevin Dürand

Kevin Dürand

Aktyor

BİOQRAFİYA
Kevin Dürand 14 yanvar 1974-cü ildə Ontarioda (Kanada) anadan olub. Kevin Müqəddəs İqnatiya orta məktəbini bitirib. O, ingilis, fransız dilində mükəmməl danışır. Kevin Dürand 1994-cü ildə aktyorluq karyerasına başlayıb. O, əsasən mənfi obrazları canlandırıb. 1999-cu ildə “Stargate SG-1” serialında oynayıb. Elə həmin il “Austin Powers: The Spy Who Shagged Me” filmində də çəkilib. 2011-ci ildə aktyorun iştirakı ilə iki film ekrana çıxıb. 2012-ci ildə aktyorun əsas rollardan birində oynadığı “Kosmopolis” və “Resident Evil: Retribution” filmləri nümayiş olunub. 1 oktyabr 2010-cu ildən Kevin Sandra Ço ilə evlidir. Onların Ameli Mun adlı qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kevin_Durand

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç