C.K. Roulinq

C.K. Roulinq

Ssenarist, prodüser, aktrisa

BİOQRAFİYA
Coan Ketlin Roulinq 31 iyul 1965-ci ildə Böyük Britaniyada dünyaya gəlib. Dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter seriyasının yazıçısı kimi tanınır. 2004-cü ildən etibarən Böyük Britaniyanın ən varlı qadınıdır. Forbes jurnalının məlumatına görə, 2008-ci ildə var-dövləti 1 mlrd. ABŞ dolları civarında idi. Coan Oksfordda təhsil almaq istəsə də, 1982-ci ildə imtahandan uğurla keçə bilmədiyi üçün Devonda Ekster universitetinə daxil olub. Burada o, fransız və klassik filologiya üzrə bakalavr təhsili alıb. Bir müddət sonra Roulinq və sevgilisi Mançesterə köçmək qərarına gəlirlər. 1990-cı ildə Mançesterdən Londona gedən qatar dörd saat gecikərkən Roulinqin ağlına sehrbazlıq məktəbinə gedən oğlan haqqında əhvalat gəlir. Evinə çatan kimi Roulinq həmin əhvalatı yazmağa başlayır. Elə həmin ərəfələrdə onun anası dünyasını dəyişir. Məhz bu hadisənin təsiri ilə Coan əsərində Harri Potterin valideynlərinin itkisini daha ətraflı təsvir edib. Şotlandiya İncəsənət Birliyi ona kitabı bitirmək üçün qrant verib və bir neçə uğursuzluqdan sonra o, "Harri Potter və fəlsəfə daşı" romanını "Bloomsbury Publishing" nəşriyyatına 4 min dollara satıb. Həmin vaxt Roulinq fransız dili müəllimi işləyirdi. 1997-ci ilin iyununda çıxan "Harri Potter və fəlsəfə daşı" romanı böyük səs-küy yaradır: naməlum müəllifin birinci kitabı Britaniyada ilin ən yaxşı uşaq kitabı olur. Birinci kitabdan sonra o, "Harri Potter və sirlər otağı" (1998), "Harri Potter və Azkaban məhbusu" (1999), "Harri Potter və alov qədəhi" (2000), "Harri Potter və Simurq Ordeni" (2003), "Harri Potter və mələz şahzadə" (2005), "Harri Potter və ölüm hədiyyələri" (2007) və seriyanın daha bir neçə kitabını yazır və nəşr etdirir. 1998-ci ildə "Warner Bros." ekranlaşdırmaq üçün Roulinqin iki romanının hüquqlarını alıb. 2001-ci ildə "Harri Potter və fəlsəfə daşı", 2002-ci ildə "Harri Potter və sirlər otağı" filmi ekranlara çıxıb. Roulinqin üçüncü, dördüncü, beşinci və altıncı romanları müvafiq olaraq 2004, 2005, 2007 və 2009-cu illərdə nümayiş etdirilib. Yeddinci kitabın ekranlaşdırılmış versiyası iki filmdən ibarətdir. Onlar da 2010-cu və 2011-ci illərdə yayımlanıb. Roulinqin romanları 60-dan çox dilə tərcümə edilib, dünyada 40 milyondan çox nüsxəsi satılıb. Roulinq xeyriyyəçiliklə də məşğuldur. O, yoxsulluq və sosial bərabərsizliklə mübarizə aparan fondun yaradıcısıdır. Fond natamam ailələrə və uşaqlara yardım edir, eyni zamanda skleroz xəstəliyinin araşdırılması ilə məşğuldur (onun anası da həmin xəstəlikdən dünyasını dəyişib). 2008-ci il dekabrın 4-də dünyanın 25 ölkəsində Coan Roulinqın yeni kitabı satışa çıxır - "Bard Bidl nağılları". Satışdan əldə edilən gəlir "The Children’s High Level Group" təşkilatına verilib. Bu təşkilat Qərbi Avropada uşaq hüquqlarının müdafiəsi ilə məşğuldur. 2001-ci ilin dekabrın 26-da Coan Roulinq ikinci dəfə Nil Skott Mürrey adlı həkimlə ailə qurur. Onların 2003-cü ilin mart ayında oğlan, 2005-ci ilin yanvar ayında isə qız övladları dünyaya gəlib. 2012-ci il sentyabrın 27-də Coan Roulinqin "Casual Vacancy" kitabı işıq üzü görüb. İlk satışa çıxdığı gün artıq yüz minlərlə nüsxəsi satılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Coan_Roulinq

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç