Priyanka Çopra

Priyanka Çopra

Aktrisa, prodüser

BİOQRAFİYA

Priyanka Çopra hindistanlı aktrisa, model, müğənnidir. Miss Kainat 2000 müsabiqəsinin qalibidir. 2015-2018 illərdə “Kuantiko” Amerika serialında baş rolda çıxış edib. Milli kino mükafatının, "Filmfare Awards" və bir sıra Hindistan kinemotoqrafiyası mükafatlarının sahibidir. 2016-cı ildə Hindistanın "Padma Şri" dövlət mükafatına layiq görülüb. 18 iyul 1982-ci ildə Hindistanın Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olub. Ailədə iki uşaq olublar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçüb və orta məktəbi orada bitirib. 2002-ci ildə ilk dəfə "Thamizhan" adlı filmdə çəkilir. Priyanka ABŞ-ın "National Opus Honor Choir" milli xorunda oxuyan yeganə hindistanlı olub. Kinoda aktiv çəkilən aktrisa eyni zamanda özünü aparıcı kimi də sınayıb. Priyanka istedadlı müğənnidir. 2012-ci ildə "In My City" adlı ilk mahnısı ilə debüt edir. 2013-cü ilin aprel ayında Amerikalı repçi Pitbull ilə duet oxuduğu "Exotic" adlı ikinci mahnısının klipini çəkir. Bu klip Şimali Amerikada çox böyük maraq yaradır və "Canadian Hot 100"ə daxil olur. Müğənninin üçüncü sinqlı «I Can’t Make You Love Me» ilk 24 saat ərzində "Itunes India" rekordlarını qıraraq üçüncü pilləni tutub. Aktrisa Hindistanda və ABŞ-da xeyriyyəçilik aksiyalarında iştirak edir, CAF fondunun xoşməramlı səfiridir. 2018-ci ildə özündən 10 yaş kiçik olan amerikalı müğənni və aktyor, "Jonas Brothers" qrupunun üzvü Nik Conasa ərə gedib.  

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Priyanka_%C3%87opra

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç