Şon Eşmor

Şon Eşmor

Aktyor

BİOQRAFİYA

Şon Robert Eşmor 7 oktyabr 1979-cu ildə Riçmondda (Kanada) anadan olub. Əkiz qardaşı Aaron Eşmor da aktyordur və onlar bir neçə filmdə əkiz qardaşlar rolunu oynayıblar. Aaron Şondan bir az hündürdür. Onun sözlərinə görə, qardaşına adətən yaxşı oğlan obrazları verildiyi halda, özü çox zaman dələduz rolunda çəkilib. Şon və Aaron Eşmor qardaşlarının biləklərində GMA ("Good Man Ashmore") döyməsi var. Onların babalarında da belə döymə olub. Şon Eşmor “X-Men” filmindəki Aysberq rolundan sonra daha da məşhurlaşıb və “X-Men 2”, “X-Men: Sonuncu savaş” filmlərində də çəkilib. Həmçinin “Animorflar” teleserialında Ceyk Berenson rolunda və “İmkanlar xaricində” serialında Tayler Konnel rolunda çıxış edib. 2008-ci ildə “Dağıntılar” qorxu filmində və 2010–cu ildə “Donmuşlar” trillerində baş rolda çəkilib. Aktyor 2012-ci il iyulun 27-də Dana Rene Uasdinlə ailə qurub. Cütlüyün 2017-ci ilin iyul ayında bir oğlu dünyaya gəlib.

Əlavə məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Shawn_Ashmore

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç