Mett Dillon

Mett Dillon

Aktyor

BİOQRAFİYA

Mettyu Reymond Dillon Nyu-Roşelle şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Anası evdar xanım, atası portretçi-rəssam olub (eyni zamanda “Union Camp” şirkətində satış üzrə menecer işləyib). Altı övladlı ailənin ikinci uşağıdır. Bir bacısı və dörd qardaşı var, onlardan biri aktyor Kevin Dillondur. Məşhur komiks rəssamı Aleks Reymondun qohumudur. İrland, şotland və alman əsillidir. Uşaqlığı Nyu-York şəhərində keçib. Katolik tərbiyyə görüb. 1995-1998-ci illərdə aktrisa Kemeron Diazla görüşüb. Böyük ekranlarda “Kənardan” (1979) filmində kiçik rolla debüt edib. Tezliklə “Mənim cangüdənim” (1980), “Döyüş balığı” (1983) və “Didərginlər“(1983) filmlərində oynadığı rollarla kifayət qədər tanınmağa başlayıb. “Toqquşma” (2004) filmində oynadığı polis roluna görə bir sıra mükafatlara, o cümlədən “Müstəqil ruh” mükafatına layiq görülüb, “Oskar”, “Qızıl Qlobus” və BAFTA nominasiyası qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matt_Dillon

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç