Oliviya Kuk

Oliviya Kuk

Aktrisa

BİOQRAFİYA
Oliviya Kuk 27 dekabr 1993-cü ildə Böyük Britaniyada Con və Lindsi Kukun ailəsində anadan olub. Onun Eleonora adlı kiçik bacısı var. O, balaca olanda atası və anası boşanıb. Bacısı ilə Oliviya anası ilə qalıb. Kiçik yaşlarından gimnastika və baletlə məşğul olub. Hal-hazırda Nyu-Yorkda (ABŞ) yaşayır. Əvvəllər aktyor Aleks Rou ilə görüşüb. 2015-ci ildən aktyor Kristofer Ebbottla görüşür. “Motel Beyts” teleserialına (2013–2017) çəkilməmişdən öncə aktrisa “Krikli Hollun sirri” və “Blackout” britaniya seriallarında baş rolları ifa edib. “Eksperiment.Şər” (2014), “Uidji”,(2014) “Qolem” (2016) filmlərində çəkilib. 29 mart 2018-ci ildə Ernest Klaynın eyni adlı romanı əsasında ekranlaşdırılan Stiven Spilberqin  rejissor olduğu “Birinci oyunçu hazırlaşsın” (2018), elmi-fantastik macəra filmi  tamaşaçılara təqdim olunub. Oliviya Kuk həmin filmdə baş rollardan birini canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Olivia_Cooke

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç