Ranvir Sinqh

Ranvir Sinqh

Aktyor

BİOQRAFİYA
Ranvir Sinqh 6 iyul 1985-ci ildə Mumbayda (Hindistan) sindhi xalqının təmsilçiləri Anji və Caqcita Sinqh Bhavnaninin ailəsində anadan olub. Ranvir həmişə aktyor olmağa çalışıb və məktəbdə keçirilən tamaşalara qatılıb. Lakin Mumbay Ticarət və İqtisadiyyat Kollecinə daxil olduqdan sonra film sənayesinə qatılmağın asan olmayacağını anlayır. Burada aktyorluq ideyasının "çox süni" olduğunu düşünərək, ABŞ-a gedir. ABŞ-da İndiana universitetində incəsənət üzrə bakalavr dərəcəsi alıb. Universitetdə ilk il üçün əsas ixtisas kimi aktyorluq sinifi və teatrı seçir. Məzuniyyətin bitməsindən və 2007-ci ildə Mumbay şəhərinə qayıtdıqdan sonra Sinqh bir neçə il reklam yazarı kimi işləyir. Bundan sonra rejissor köməkçisi vəzifəsini icra edib, amma bu işini aktyor sənəti ilə məşğul olmaq xatirinə buraxır. Hal-hazırda hind aktrisası və modeli Dipika Padukonla görüşür.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ranveer_Singh

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç