Sancay Lila Bhansali

Sancay Lila Bhansali

Rejissor, ssenarist, prodüser, bəstəkar

BİOQRAFİYA

Sancay Lila Bhansali – görkəmli hind rejissoru, prodüseri, ssenaristi və bəstəkarıdır. Hindistan Kino və Televiziya İnstitutunun məzunudur. Məşhur kinorejissor və aktyor Rac Kapurun şagirdi olub. Anası Lila Bhansalinin şərəfinə özünə “Lila” ikinci adını götürüb. 2015-ci ildə Hindistanın 4-cü dərəcəli “Padma” mülki mükafatı ilə təltif olunub. Karyerasına rejissor və prodüser Vidha Vinoda Çopranın köməkçisi olaraq başlayıb. “Parinda”, “1942: Sevgi hekayəsi” və “Qərib” filmlərinin istehsalı prosesində iştirak edib. Ancaq Bhansalinin “Qərib” üzərində işləməkdən imtina etməsindən sonra kinolayihə uğursuzluğa düçar olub. Əvəzində Bhansali “Musiqi aləmi” filmi ilə öz rejissor debütünü gerçəkləşdirib. Lal-kar valideynləri olan qızın həyatından bəhs edən film kommersiya baxımından perspektivsiz olsa da, tənqidçilərin rəğbətini qazanıb. 1999-cu ildə Bhansali SLB Films adlı şirkətini yaradır. Mumbayda qərarlaşan kinoşirkət Bollivud filmlərinin istehsalı ilə məşğul olur. Rejissorun növbəti tammetrajlı filmi məhəbbət üçbucağı haqqında “Əbədi səninəm” romantik dramı olur. Film böyük uğur qazanaraq, Bhansalinin bir növ vizit kartına çevrilir. Daha sonra Bhansalı məşhur “Devdas” romanının ekran adaptasiyasını lentlə alıb. Ekran əsəri buraxıldığı il kinoteatrlardan ən çox gəlir götürmüş film olur. Film eyni zamanda Bollivudun bir sıra mükafatlarını qazanıb, Hindistandan “Oskar” mükafatına namizəd kimi irəli sürülüb. Daha sonra “Son ümid” adlı filmi işıq üzü görüb. “Time” jurnalı sözügedən filmi 2005-ci ilin (dünya üzrə) ən yaxşı 10 filminin siyahısında beşinci yerdə göstərib. “Son Ümid” 2006-cı ildə Filmfare Awards mükafatlandırma mərasimində rekorda imza atıb. Nə az, nə çox 11 mükafatı “süpürüb-aparıb”. Rejissor daha sonra Dipika Padukonenin baş rola çəkildiyi “Ram və Lila” filmini lentə alıb. 2018-ci ildə isə hind kraliçası Rani Padmavatinin həyatından bəhs edən “Padmavat” bioqrafik dramı ekranlara çıxıb. Racupatların filmin ekranizasiyasına qarşı çıxması ilə ölkədə böyük qalmaqal yaradıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sanjay_Leela_Bhansal...

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç