Tommi Li Cons

Tommi Li Cons

Aktyor

BİOQRAFİYA

Tommi Li Cons 15 sentyabr 1946-cı ildə Texas ştatının San-Saba şəhərində anadan olub. Atası neftçi, anası isə keçmiş polis zabiti və məktəb müəlliməsi olub. Consun nənəsi hindu əsillidir. Müqəddəs Mark adına məktəbi bitirdikdən sonra Harvard Universitetinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə ilə bitirərək, ingilis dili üzrə bakalavr dərəcəsi əldə edib. Həmin il Nyu-Yorka köçür və Con Osbornun “Mənim üçün vətənpərvər” pyesində ilk rolunu alır. 1970-ci ildə “Sevgi hekayəsi” filminə çəkilməklə kinodebütünü gerçəkləşdirir. 1971-ci ilin əvvəlində Brodveyə qayıdır və “Bağda olan dörd nəfər” pyesində Kerol Çenninq və Sid Kayzerlə birlikdə səhnəyə çıxır. 1977-ci ildə Vyetnam haqqında “Göy gurultusu” filmində müharibə veteranı rolunu oynayır. Həmin il eyni zamanda “Betsi” dramında avtomobil maqnatı Lorens Olivye roluna çəkilib. 1980-ci ildə “Mədənçinin qızı” filmində kantri-müğənni Loretta Linnin həyat yoldaşı roluna görə “Qızıl Qlobus” mükafatına namizəd olub. 1983-cü ildə isə “Cəlladın mahnıları” adlı tele-adaptasiyada oynadığı qatil Geri Gilmor roluna görə “Emmi” mükafatı qazanıb. 1989-cu ildə “Tənha göyərçin” mini-serialında oynadığı keçmiş Texas reynceri kapitan Vudro F. Koll roluna görə yenidən “Emmi” mükafatının namizədi olur. 90-cı illərdə Cons Hollivudun ən tələb olunan aktyorlarından birinə çevrilir. 1991-ci ildə “Con F. Kennedi” filmində Kley Şou rolunda çıxış edib. Həmin rola görə “Oskar” mükafatına namizəd olur. 1992-ci ildə “Mühasirədə” adlı filmdə ABŞ hərbi dəniz donanmasına aid gəmini ələ keçirmiş terrorçu rolunu oynayır. Bir il sonra “Qaçaq” filmində federal marşal rolunu oynayır və həmin rola görə Ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasında “Oskar” mükafatına layiq görülür. 1997-ci ildə karyerasının ən uğurlu filmlərindən olan və elmi-fantastik saqanın əsasını qoyan “Qara geyimli adamlar” filmində Uill Smitlə baş rolda çəkilib. 2010-cu ildə “Kapitan Amerika” filminin çəkilişlərində iştirak etməyə razılaşıb. Film növbəti ilin iyulunda böyük ekranlara çıxıb. 2012-ci ilin payızında onun iştirakı ilə “Qara geyimli adamlar 3” filmi işıq üzü görüb. Həmin ilin payız aylarında rejissor Stiven Spilberqin “Linkolin” adlı bioqrafik dramında amerikalı siyasətçi Tadeuş Stivens rolunda çıxış edib. Həmin rola görə aktyor ABŞ kinoaktyorları Gildiyasının mükafatına layiq görülüb. Eyni zamanda “Oskar”, “Qızıl Qlobus” və BAFTA mükafatlarına namizəd olub. Dördqat “Oskar” mükafatı nominantıdır. 1994-cü ildə “Qaçaq” filmində oynadığı rola görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” mükafatçısı olub. Böyük kinoda daha çox müdrik, soyuqqanlı şerif, xüsusi agent, müstəntiq və polis zabiti rollarına çəkilir (“Qaçaq”, “Qanun keşikçiləri”, “Qara geyimli adamlar”, “Qocalara burada yer yoxdur”), lakin antaqonist rolların da öhdəsindən layiqincə gəlib (“Mühasirədə”, “Əbədi–Betmen).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
 
https://en.wikipedia.org/wiki/Tommy_Lee_Jones

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç