Mayk Tayson

Mayk Tayson

Boksçu

BİOQRAFİYA
Mayk Tayson 30 iyun 1966-cı ildə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib. Tayson 10 yaşına qədər sakit, heç kəsin diqqətini çəkməyən bir uşaq təsiri bağışlayır. 11 yaşındaykən həyatında baş verən bir hadisə onun həyatını tam dəyişir. Mayk hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri və onları bəsləməyi həddən çox sevirdi. Bir dəfə yerli uşaqlardan ibarət quldur qruplaşmasının liderlərindən biri Maykın göyərçinlərindən birini götürür və başını üzüb yerə atır. Bundan bərk qəzəblənmiş Mayk rəqibinin üstünə şığıyır və onu yaxşıca əzişdirir. Bu hadisədən sonra tay-tuşları və yerli quldur qruplaşması arasında Maykın nüfuzu birə-beş artır. Cinayətkar qrupun üzvü olan bu uşaqlar onu dəstələrinə cəlb edir, oğurluğa, cib soymağa təhrik edirdilər. Həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən hadisə isə Mayk Taysonun boksun kralı Məhəmməd Əli ilə görüşü olur. Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsinin görüşü Maykda xoş təsir oyadır və beləliklə, o, 13 yaşında həddi-büluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir. Bu məktəbdə o idman müəllimi Bobbi Stüartla tanış olur. Stüart onun əsil insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır. Maraqlıdır ki, Mayk artıq 13 yaşında uzanıqlı halda 100 kq-lıq ştanqı qaldıra bilirdi. Bu zaman Stüart şagirdini əfsanəvi məşqçi və menecer Kass D` Amato ilə tanış etməyin vaxtı gəlib çatdıyını başa düşür. Hər şey bundan sonar başlayır: Kass Damatonun evində yaşayarkən sonsuz sayda köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyir. Bütün bunların təsiri idi ki, Mayk Tayson rinqə o dövr üçün qeyri-adi imicdə çıxırdı: xalatsız, musiqi olmadan, qara tumanda və yalın ayaqla. Mayk Taysonun üç məhkumluğu var: 1992-ci ildə zorlamaya görə altı il azadlıqdan məhrum edilib, onun üç ilini həbsdə keçirib. 1998-ci ildə maşınıyla toqquşan adamı döydüyünə görə 3,5 ay müddətinə azadlıqdan məhrum edilib. 2008-ci ildə narkotik qəbul edib maşın sürdüyünə görə bir sutka azadlıqdan məhrum edilib. Qeyd edək ki, Mayk Tayson üç dəfə ailə həyatı qurub: ilk həyat yoldaşı Robin Hivens aktrisa olub, ikinci dəfə Monika Terner adlı həkimlə evlənib, üçüncü dəfə (2009) taleyini Lakiya Spayserlə bağlayıb. Ümumilikdə 8 uşaq sahibi olan Mayk ABŞ-da yaşayır. 2009-cu ildə dördyaşlı qızı faciəli şəkildə həlak olub. Yeniyetmələr arasında ilk ağır çəki dərəcəsində Olimpiya çempionu tituluna layiq görülən Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib: 50-sində qələbə (44-ü nokautla) qazanıb, altı dəfə məglubiyyət acısı yaşayıb, 2 döyüşü alınmayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Mayk_Tayson

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç