Kristofer Lambert

Kristofer Lambert

Aktyor

BİOQRAFİYA
Kristofer Lambert 29 mart 1957-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Fransız əsilli ABŞ aktyorudur. Atası Birləşmiş Millətlər Təşkilatının fransız diplomatı işləyib. Lambert İsveçrənin Cenevrə şəhərində böyüyüb. Hərbi xidməti bitirdikdən sonra, iqtisadiyyat üzrə təhsil alır və bir müddət bu sahədə işləyir. Daha sonra Paris konservatoriyasında musiqi və rəqs üzrə təhsil alıb. 35 illik karyerası müddətində 80 filmdə çəkilib. 1986-cı ildə "Metro" filminə görə “Sezar” mükafatına layiq görülüb. 2001-ci ildə DIVA — Deutscher Entertainment Preis “Avropa videomükafatı 2001”, elə həmin il VI Beynəlxalq kinofestivalında “Gümüş oxu” filmində "Ölməz romantik obraz yaratdığına görə" mükafata layiq görülüb. Aktyor 1988-1994-cü illərdə aktrisa Dayan Leynlə evli olub. Eleonor Jasmin adlı qızı var.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kristofer_Lambert

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç