Rayan Kuqler

Rayan Kuqler

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Rayan Kuqler 23 may 1986-cı ildə Oklenddə (Kaliforniya ştatı, ABŞ) İra və Coselin Kuqlerlərin ailəsində dünyaya gəlib. Hər iki valideyni Hayvardda Kaliforniya Dövlət Universitetindən məzun olub. Rayanın Noa və Kinan adlı iki qardaşı var. Kuqler bir neçə qısametrajlı film çəkib, onun filmləri bir çox mükafatlara namizəd göstərilib və bir çoxunu qazanıb. “Locks” (2009) adlı qısametrajlı filmi "Tribeca Film" festivalı üçün çəkilib və “Dan və Brokli” mükafatını qazanıb. “Fig” (2011) filmi "Black Reel Awards" mükafatına namizəd göstərilib, “The Sculptor” (2011) və “Gap” (2011) qısametrajlı filmləri isə Cek Nikolson adına mükafata layiq görülüb. Rayan 2018-ci ildə rejissoru və ssenaristi olduğu tammetrajlı “Qara Bəbir” filmi ilə dünya şöhrəti qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Ryan_Coogler

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç