Diana Kryuqer

Diana Kryuqer

Aktrisa

BİOQRAFİYA

Diana Kryuqer 15 iyul 1976-cı ildə Aşağı Saksoniyada yerləşən Hildeshaym şəhəri yaxınlığındakı Algermissen adlı kiçik alman qəsəbəsində dünyaya gəlib. Atası Hans-Haynrix Haydkryuqer kompüter mütəxəssisi, anası Mariya Tereza Haydkryuqer isə adi bank işçisi idi. Dayanın Ştefan adında özündən kiçik qardaşı da var. O, uşaqlıqdan baletlə məşğul olmaq arzusunda idi və artıq 2 yaşından rəqs etməyə başlamışdı. Balet məktəbinə gedən Dayan 1987-ci ildə təhsilini davam etdirməsi üçün London Kral Balet Məktəbinə göndərilib. Artıq iki ildən sonra dördüncü dərəcə alan Dayan dizindən aldığı zədəyə görə peşəkar balerina olmaq arzusunu unutmalı olur. 1989-cu ildə Dayan Almaniyaya qayıtdı və elə həmin il onun valideynləri boşandılar. Anası uşaqlarına tək baxmalı oldu. Dayan dərslərin arasında poçt daşımaqla və pitseriyada çalışmaqla anasına yardım edirdi. Aktrisa uzun illərdir ki, atası ilə danışmır və onu bağışlaması üçün dəfələrlə üzr diləyən atasını rədd edir.
1991-92-ci illərdə Dayan Kryuqerin model karyerası başlayıb. Nüfuzlu bir müsabiqədə birinci yeri tutması bir fotomodel kimi onun karyerasında dönüş nöqtəsi oldu. Tezliklə o, "Christian Dior", "Yves Saint Lauren", "Jil Sander", "Dolce&Gabana", "Armani" kimi məşhur ticarət markalarına məxsus geyim və ətriyyatı təqdim etməyə başlayıb, "Vogue", "ELLE" və başqa parlaq dərgilərin üz qabığına çıxıb. 1997-ci ildə fransız dilini yaxşı bilmədiyi üçün onun "Beşinci element" filminə çəkilməsi mümkün olmadı. Məhz Lük Bessonun məsləhəti ilə o, modelliyi buraxaraq Parisə gəlir və aktrisalığın sirlərini öyrənməyə başlayır. Debütu 2002-ci ildə, "Virtuoz" filmində baş tutub. Daha sonra "Nə hə, nə yox" (2002), "Necə istəyirsən" (2002), "Mişel Valiant" (2003) filmlərinə çəkilib. 2004-cü ildə aktrisa özünün ilk Amerika filminə çəkilib. Həmin il keçirilən kastinqdə 3000 aktrisadan üstün olan Dayanı "Troya" filminə çəkdilər. Bu filmdən sonra onu "Hollivudun tapıntısı" adlandırdılar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Dayan_Kryuqer

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç