Cim Kevizel

Cim Kevizel

Aktyor

BİOQRAFİYA

Cim Kevizel 26 sentyabr 1968-ci ildə Maunt-Vernonda (Vaşinqton ştatı, ABŞ) doğulub. Cim Vernon məktəbində iki il oxuduqdan sonra Sietlə köçür və katolik məktəbdə bir yerdə basketbol oynadığı dostunun evində qalır. Novbəti payızda o digər katolik məktəb olan Con Kennedi adına məktəbə köçürülür. Burada da basketbol komandasında oynayır. 1987-ci ildə məktəbi bitirir. Bundan sonra "Biliv Komyuniti" kollecinə daxil olub, burada da basketbol oynamağa davam edir. İki il sonra ayağından aldığı zədədən sonra Cimin basketbolçu karyerasına son qoyulur. Daha sonra Vaşinqton universitetinə daxil olan Cim burada ciddi şəkildə aktyorluqla maraqlanır və “Siqma” qardaşlığına üzv olur. “Uayett Erp” filmində rol aldıqdan sonra çəkildiyi “İncə qırmızı xətt” filmində yaratdığı rolu ilə şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Jim_Caviezel

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç