Cennifer Enn Qarner

Cennifer Enn Qarner

Aktrisa

BİOQRAFİYA
Cennifer Enn Qarner 17 aprel 1972-ci ildə Hyustonda (Texas ştatı, ABŞ) doğulub. Anası Patrisiya Eni İnqliş müəllimə, atası Billi Cek Qarner isə kimya mühəndisi olub. Cenniferin Melisa Qarner Uayli və Suzanna Qarner adlı iki bacısı var. Qarner üç yaşından balet dərsləri almağa başlayıb. 1990-ci ildə Cennifer Corc Vaşinqton adına məktəbi bitirir və kimya üzrə oxumaq üçün Denison universitetinə daxil olur. Ancaq səhnəyə olan marağı onu peşəsini dəyişməyə vadar edir; təhsilini Yel Universitetində aktyor sənəti üzrə davam etdirmək qərarına gəlir. Cennifer "Casus qadın" serialındakı roluna görə "Qızıl Qlobus", "ABŞ Aktyorlar Gildiyası" və "Emmi" mükafatına layiq görülüb. Aktrisa 29 iyun 2005-ci ildə aktyor Ben Affleklə evlənib. Cütlüyün bu nikahdan üç övladı dünyaya gəlib. Onlar 2015-ci ildə ayrılmaq qərarına gəliblər və 2017-ci ildə boşanmaq üçün ərizə veriblər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jennifer_Garner




FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç