Skut Makneyri

Skut Makneyri

Aktyor, prodüser

BİOQRAFİYA

Skut Makneyri 11 noyabr 1977-ci ildə Dallas (ABŞ) şəhərində doğulub. Vaxtının böyük hissəsini valideynlərinin rançosunda keçirib. Valideynləri tərəfindən Con adlandırılsa da, sonradan adını Skuta dəyişib. Uşaqlığında atası onu Skuter deyə çağırırdı. 2005-ci ildə “Dəlisov yarışlar”, “Dahi üçün reklam” filmlərində kiçik rollar oynayıb. 2007-ci ildə prodüseri olduğu “Gecəyarı öpüşü” filmində baş rolu da canlandıran aktyor, kino tənqidçilərinin diqqətini çəkir və karyerasında yeni səviyəyə qədəm qoyur. 2011-ci ildə Endrü Dominikin təklifi ilə “Onları nəzakətlə öldürmək” filmində baş rollardan birinə çəkilib. 2012-ci ildə Ben Afflekin təklifi ilə “Arqo” filminə çəkilən aktyor daha sonra “Söz verilmiş məmləkət” filmində rol alıb. Elə həmin ildə Skut “12 il köləlikdə” filmində rollardan birini canlandırıb. 2010-cu ildə “Bədheybətlər” filminin çəkilişləri zamanı aktrisa Uitni Eyblə tanış olub və evlənib.


For more information press link below:
https://en.wikipedia.org/wiki/Scoot_McNairy

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç