Marlon Uayans

Marlon Uayans

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Marlon Uayans 23 iyul 1972-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Burada incəsənət məktəbini bitirib və sonra Harvard universitetində təhsilini davam etdirib. Uayans klanının böyük qardaşı Kinen Ayvorun təsiri ilə şou-biznes karyerası qurmaq qərarı qəbul edib. Əvvəllər o, qardaşının “Mən səni tapacağam, əclaf” opusunda, sonradan isə “Parlaq rənglər” şousunda çıxış edib. Komediya sahəsindəki istedadı onun izləyicilərinin sayının sürətlə artmasına və həmkarları arasında da məşhurlaşmasına səbəb olur. Bundan sonra təkcə televiziyalardan deyil, həm də kinolardan təklif alır. Digər qardaşı Daymonun “Pul, pul, daha çox pul” filminə çəkildikdən sonra daha yaxşı rollara dəvət alır. 1995-ci ildə o biri qardaşı Şonla birlikdə “Uayans qardaşları” layihəsinə çəkilir. Əsasən “Requiem for dream”, “Çox qorxulu film”, “Hissiz”, “Çox qorxulu film 2”, “Paranormal hadisələrin baş verdiyi ev”, “Balaca adam”, “Paranormal hadisələrin baş verdiyi ev 2” filmlərindəki rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Marlon_Wayans

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç