50 Cent

50 Cent

Reper, aktyor

BİOQRAFİYA

50 Cent 6 iyul 1975-ci ildə anadan olub. Əsl adı Kartis Ceksondur. Kartis Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyüb. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kartis 8 yaşına qədər anasının himayəsində böyüb. Anası narkotik satıcısı idi və Kartisin hələ 8 yaşı olarkən anası bir dostu ilə çıxan narkotik probleminə görə öldürülüb. Anasının ölümündən sonra Kartis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Kartis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Kartis ilk ağır cəzasını 19 yaşında alıb. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlib.
50 Cent ilk əvvəl rep sahəsində tanınmış prodüser və Run-DMC qrupunun üzvü Jam Master Jay və daha sonra dünyaca məşhur olan prodüser Dr.Dre tərəfindən kəşf edilmişdir. Jam Master Jayin köməklikləri ilə musiqi müqaviləsini Columbia Records ilə imzalayıb. İlk klip çəkimindən əvvəl 9 güllə yarası alaraq xətəxanaya düşən Curtisin müqaviləsi bu hadisədən sonra Columbia Records tərəfindən təxirə salınmış və "Power of the Dollar" adlı albomu satışa çıxarılmamışdır.
50 Cent əzmini itirməyən Kartis Cekson demo və mixtape çıxarmağa davam edir. Təsadüfən CD-lərin biri Eminemin əlinə keçən, Jacksonun CD-ni bəyənən Eminem, onunla bir müqavilə bağlayır. Bu müqavilədən Kartis 1 milyon dollar alır və "Get Rich or Die Tryin'" adlı ilk rəsmi albomunu yayımlayır. "In da Club", "P.I.M.P." və "If I Can't" kimi mahnılarıyla rep və hip-hop dünyasında özünə bir ad qazanıb. 2006-cı ildə 32 milyon dollar, 2007-ci ildə 34 milyon dollar qazanaraq ildə ən çox pul qazanan 2-ci repçsi olub. Forbes jurnalının 2007-ci ildə tərtib etdiyi "Ən varlı hip-hopçılar" sıralamasında Jay-Z və Eminemdən sonra üçüncü sırada yer alıb.
Forbesin 2008-ci ilin avqustunda açıqladığı nəticəyə görə 50 Cent 150 milyon dollarlıq qazancı ilə Jay-Z və P. Diddy kimi repçiləri də geridə qoyub. 2007-ci ildə yayımlanmış Kartis albomunun adını ailənin üçüncü oğlu və özünün üçüncü albomu olduğu üçün seçmişdir.
Daha sonra əvvəlki uğurlarını təkrarlaya bilməyən reper var dövlətinin yarısını itirdiyini açıqlayıb.
Kartis Cekson həmçinin filmlərdə də rol alır çəkildiyi ən məşhur filmlər siyahısına “13”, “Silah”, “Səhər Zəfəri”, “Qaçış Planı”, “Donmuş Torpaq”, “Cəsus”, “Oğru Ovçuları” filmləri daxildir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/50_Cent

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç